razılıq
real
OBASTAN VİKİ
Reaktiv təyyarə
Reaktiv təyyarə Reaktiv mühərriklər tərəfindən hərəkətə gətirilən təyyarələrdirlər. Reaktiv təyyarələr ümumi olaraq pər gücü ilə işləyən təyyarələrdən daha sürətli və daha çox hündürlüyə dırmana bilirlər — dırmanma hündürlüyü 10,000 ilə 15,000 metrə qədərdir (təxminən 33,000 ilə 49,000 ft). Bu hündürlüklərdə reaktiv mühərriklər uzun məsafələrdə maksimum məhsuldarlıq verirlər. Pər gücü ilə işləyən mühərriklər isə maksimum məhsuldarlığı aşağı hündürlüklərdə verirlər. Reaktiv təyyarələr səsdən daha sürətli hərəkət edə bilirlər. Ruminyalı mühəndis Henri Coandă, 1910-cu ildə Coanda-1910 adında ilk reaktiv təyyarəni yaratmışdır. Daha sonralar, iki mühəndis, Böyük Britaniyada Frank Whittle və Almaniyada Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrılıqda bu anlayışı inkişaf etdirmişdirlər, buna baxmayaraq ilk model turboreaktiv Frank Vayta aiddir. Wittering Aviasiya Məktəbində Frank Whittle tərəfindən 1928-ci ilin avqustuna qədər bu anlayış nəzərdən keçirilmişdir, fəqət eyni zamanda Hans von Ohain 1936-cı ilin fevralında ilk reaktiv təyyarənin dizaynı və imkanları haqqında Ernst Heinkelə bir məktub yazmışdır. Ancaq 1926-cı ilin iyun ayında kompressor və turbinlərin üstündə RAE-də işlədiyi zaman bir hesabat yazan A. A. Griffith, bu məktubu ələ almışdır və eyni zamanda daha etibar edilən olmuşdur.
Regional reaktiv təyyarə
Regional reaktiv təyyarə və ya ingilis dilində olan adı ilə Regional Jet (qısaca RJ) sürətli, çox qənaətcil və qısa uçuş zolaqlarından asanlıqla havaya qalxan bilən bir təyyarədir. İlk dəfə 1978-ci ildə ortaya çıxdı. Aviasiyada bilet qiymətlərinin azalması, hava limanlarının sayının artması və coğrafi səbəblərə görə qısa uzunluğu olan uçuş-enmə zolağına malik meydanların açılması bu gün bu təyyarə sinfinə tələbi artırmışdır. Əvvəllər bu sinif yalnız Douglas DC-9 və digərləri tərəfindən inhisara alınmışdı və bu gün Airbus, BƏƏ, Bombardier, Canadair, Embraer, Sukhoi və Comac kimi şirkətlərin təyyarə istehsalına başlaması ilə gedərək daha böyük bazar halına gəlmişdir. Bu təyyarələrin ən vacib xüsusiyyəti, müəyyən bir gövdə quruluşuna sahib olmamalarıdır. Bu sinifdə CRJ 900 Bombardier kimi mühərriyi arxasında yerləşən, dar gövdəli regional reaktiv təyyarə olduğu kimi, eləcə də qısa və mühərriyi qanadlarının altında yerləşən A-318 tipli təyyarələrdə mövcuddur. Bu təyyarələrdə sərnişin təsnifatı yoxdur. Belə təyyarələrdə gəzintinin şəhərlərarası avtobusdan heç bir fərqi yoxdur. Bu tip təyyarələrin məqsədi ən az yanacaq sərfiyyatı, hava limanında parklanma haqqını azaltmaq və mümkün qədər çox sərnişin oturacağına sahib olmaqdır. Normal sərnişin təyyarələrində mövcud olan Turbofan reaktiv mühərriyindən istifadə etdikləri üçün çox yaxşı bir güc-çəki balansına sahibdirlər.
Reaktiv
Kimyəvi reaktivlər
Təyyarə
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. == Tipləri == Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısıMülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat YanğısəndürməMühərriklərin tipinə görə Porşenli Turbinli TurbinreaktorluMühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikliSürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı HipersəsEniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilərUçuş və enişə görə Şaquli Qısa AdiÇəkmə mənbəyinə görə Vintli Reaktivİdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz ==== Yaranma tarixi haqqında ==== Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Reaktiv artilleriya
Reaktiv artilleriya, raket kompleksləri üçün təchiz edilmiş bir raket növüdür. Reaktiv artilleriya sistemlərinin növləri arasında Reaktiv yaylım atəş sistemləri də mövcuddur.
Reaktiv hərəkət
İmpulsun saxlanma qanunu özünün ən mühüm praktik tətbiqini reaktiv hərəkətdə tapmışdır. Cismin bir hissəsi ondan ayrılaraq hər hansı sürətlə hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət alması reaktiv hərəkət adlanır. Reaktiv hərəkətə tüfəngin təpməsini, raketlərin, reaktiv təyyarələrin hərəkətini misal göstərmək olar. Yanacaq və oksidləşdirici kameralarında yanma kamerasına daxil olan maddələr reaksiyaya girdiktən sonra yanma nəticəsində yüksək tempraturlu və yüksək təzyiqli qazlar əmələ gəlir. Bu qazlar raketin soplusundan raketə nəzərən U axın sürəti ilə xaricə çıxır. Nəticədə raket əks istiqamətdə v sürəti ilə hərəkət edir. Yerlə bağlı koordinat sistemində startdan əvvəl raket Yerə nəzərən sükunətdə olduğundan impulsu sıfıra bərabərdir. Raket işə salınandan sonra da ümumi impulsu sıfra bərabər olmalıdır. M- raketin örtüyünün kütləsi, m- isə raketin soplosundan çıxan qazın kütləsi olsun. Onda impulsun saxlanma qanununa görə yaza bilərik: Yəni raketin örtüyünün sürəti, qazın sürəti ilə qazın kütləsinin raketin örtüyünün kütləsinə olan nisbəti hasilinə bərabərdir.
Reaktiv mühərrik
Reaktiv mühərrik — əslində qaz turbini olub, geriyə təkanvermə prinsipi ilə işləyir. Reaktiv mühərrik ətrafda olan havanı udaraq yanacaq kamerasında qarışıqla yanandan sonra alınan məhsulu böyük cərəyanla xaricə püskürdür. Bunun nəticəsində təkan qüvvəsi yaranır. Yanmada ətraf mühitdən hava udulduğundan çox vaxt bu mühərriklərə "nəfəs alan mühərriklər" də deyilir. Reaktiv mühərrik mülki hava uçuşlarında böyük rol oynayır. Havada nəql olunan yüklərin böyük hissəsi reaktiv mühərriklərlə təchiz olunmuş təyyarələrin payına düşür. Digər sahələrdə onların tətbiqinə çox az rast gəlinir. == İş prinsipi == Reaktiv mühərrik iş zamanı öncə xaricdən udulan havanın sıxılması ilə başlayır. Sonra sıxılmış hava yanacaq kamerasına ötürülür. Burada püskürdülmüş yanacaq ilə qarışan hava yanır (və ya partlayır), nəticədə temperatur və axan havanın sürətini artırır.
Reaktiv yanacaqlar
Reaktiv yanacaqlar - Müasir aviasiya əsasən hava-reaktiv mühərriklərlə təchiz olunub (HRM). Belə mühərriklərdə yanacaq kameraya fasiləsiz verilir, bunun nəticəsində yanma prosesi daima gedir. Yalnız mühərrikin işə salınması üçün xaricidən alışma istifadə olunur. Yanma zamanı əmələ gələn qaz məhsulları turbinə daxil olur, orada da istilik enerjisinin bir hissəsi turbinin təkərlərinin fırlanmasının mexaniki işinə çevrilir, bunun da fırlanmasından rotorun kompressoru, yanacaq və yağ nasosları hərəkətə gəlir. Turbindən sonra yanma məhsulları qaz axını şəklində reaktiv kamerasına daxil olur və onun içində genişlənərək təyyarənin uçuşunu təmin edən reaktiv dartma gücü yaradır. == Reaktiv yanacaqlarının əsas xassələri == Reaktiv yanacaqlarının əsas xassələri aşağıdakılardı: tam yanmanı təmin etmək üçün yaxşı buxarlanmalı; təyyarənin uçuşunun nə qədər uzaq olmasını təyin edən yanmanın tam və yanma istiliyinin yüksək olması; yanacağın yanma kamerasına verilməsini təmin etmək üçün yaxşı ötürülmə qabiliyyəti və aşağı temperatur xassələri; yüksək kimyəvi və termooksidləşmə stabilliyi ilə xarakterizə olunan çöküntü əmələ gəlməsinə aşağı meyillilik; materiallarla yaxşı uyğunluq: metallara qarşı aşağı korroziya təsirinə malik olması, rezintexniki məhsullara təsirinin olmaması; İstilik qurğularının çox az sıradan çıxmasını təmin edən yeyilməyə qarşı yüksək xassələrə malik olması; uçuş qurğularının yanacaqdoldurma zamanı onları yanğından mühafizəsi üçün static elektrik yüklərinin yığılmasının qaşısını alan üçün antistatic xassə.HRM üçün müxtəlif fraksiya tərkibli yanacaqlar istifadə olunur: səsaltı aviasiya üçün kerosin tipli, qaynama temperaturu bu intervalda 136-156÷250-2800C (yanacaq TC-1, PT, T-1).TC-1 qarışıq yanacaq: birbaşa qovulmuş (>30%)+ hidrotəmizlənmiş (≤70%), geniş fraksiya tərkibinə malik (60-280oC), benzin-kerosin fraksiyasını (T-2) təmsil edir. Səsüstü aviasiya üçün 165-280oC temperaturda qaynayan (T-8B) 195-315oC temperaturda qaynayan (T-6) == Reaktiv yanacaqlara aşqarlar == Reaktiv yanacaqları üçün aşqarlara olan tələblər: yüksəkeffektivlik (10-4hissə %-ə qədər əlavə edilir); yanacağın xassəsini əsas göstəricilərə görə aşağı salmamalıdırlar; öz effektivliyini uzun müddət saxlamalıdır. === Kristallaşmaya qarşı aşqarlar === Yanacaqlara buz və şeh kristallarının əmələ gəlməsinin qarşısını almaq üçün əlavə edilir. İstifadə olunur: etilsellüloza (“И” mayesi ); tetrahidrofurfuril spirit; onların metanolla 50%-li məhlulları (И-М, ТГФ-М aşqarları). === Antioksidləşdirici aşqarlar (oksidləşmə inhibitorları) === Bu əlavələr yalnız hidrotəmizlənmiş yanacaqlara daxil edilir (РТ, Т-8В, Т-6), hidrogenləşdirmə zamanı parçalanma nəticəsində yanacaqlardan təbii antioksidantları - heteroatomik birləşmələri təmizləyir.
Reaktiv qumbara
Reaktiv qumbara — kumulativ, parçalanmış, termobarik və ya toz sürətləndiricisi ilə təchiz edilmiş və metal və ya plastik boruya daxil edilmiş hər hansı digər qumbara. Qapalı məkanlarda (UAN, ATAN) yerləşən düşmən zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur. Düşmən helikopterlərini məhv etmək üçün istifadə edilə bilər. Bəzi əl qumbaraatanlarının dizaynı onları yenidən yükləməyi qeyri-mümkün edir.
Adi təyyarə
Konvansiyonal təyyarə, adi təyyarə və ya ənənəvi təyyarə, qanadları orta gövdə ətrafında olan quyruğu arxada olan ənənəvi təyyarə növlərinə verilən addır. Ənənəvi olmayan təyyarə növlərinə kanart, V quyruqlu təyyarə kimi fərqli konstruksiyalara malik olan təyyarələri göstərmək mümkündür.
Amfibiya təyyarə
Amfibiya təyyarə — həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran təyyarə növüdür.
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Stels Təyyarə
Stels təyyarə Stels Texnologiyalarından istifadə edərək düşmənin sonar, infraqırmızı və digər növ radarlarına mümkün qədər az görünən və bəzən də görünməyən təyyarələrdir. Stels təyyarələrin hazırlanması ikinci dünya müharibəsi dövrünə təsadüf edir. 1944-cü ildə istehsal olunmuş Horten Ho 229 təyyarəsi ilk stels təyyarə kimi qeyd olunur. Müasir stels təyyarələrə misal kimi Lockheed F-117 Nighthawk, B-2 Spirit, F-22, F-35, T-50 PAK FA-nı göstərmək olar. Əslində heç bir təyyarə radarlara tamamilə gizli deyildir. Lakin stels təyyarənin normal radarlar tərəfindən tutulması çox çətindir. Tutulsa belə ona atılan izləyən raketlərin onları vurmaq ehtimalı azdır. Çünki təyyarədən əks olunan siqnallar çox zəif olduğuna görə raketin öz radarları buraxılandan sonra onu izləməkdə çətinlik çəkirlər. İndiyə kimi yalnız Amerika Birləşmiş Ştatları ordusunun arsenalında stels təyyarələr mövcuddur. Digər ölkələrdəki təyyarələr hələ də test mərhələlərindədirlər.
Təyyarə korpusu
Təyyarə korpusu və ya fuzelyaj (/ f ju z əl ɑː ʒ /;dan fransızca fuselé “mil şəklində”) təyyarənin əsas hissəsidir. Ekipaj, sərnişinlər və yüklər də daxil olmaqla karqolar ümumiyyətlə burada saxlanılır. Tək mühərrikli təyyarələrdə ümumiyyətlə bir mühərrik olur, lakin bəzi amfibiya təyyarələrdə tək mühərrik üzən korpus kimi istifadə edilən təyyarə korpusuna bağlanmış bir dirəyə quraşdırılır. Fuzelyaj ayrıca idarəetmə və sabitləşdirmə səthlərini təyyarələrin sabitliyi və manevr qabiliyyəti üçün lazım olan qaldırıcı səthlərlə xüsusi münasibətlərdə yerləşdirməyə xidmət edir.
Təyyarə məktəbi
Təyarrə məktəbi türk. Tayyare Mektebi — 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi. == Tarixi == Osmanlı imperiyasının Balkan müharibələrində məğlubiyyəti orduda islahatların zəruri olmasını bir daha göstərdi. Xüsusilədə havada qüvvələri Osmanlı ordusunun ən zəif nöqtəsi sayıldı. Bu səbəbdən Ənvər Paşanın Hərbi Nazirliyi dövründə başlayan Hərbi Aviasiya sahəsini inkişaf etdirmək üçün Təyyarə məktəbi təşkil edildi. Məktəb 1912-ci ildə İstanbulun Yaşılköy səmtində açıldı (hazırda Atatürk Beynəlxalq Hava Limanı). Elə məktəbin adı da Yaşılgöy Təyyarə məktəbi adlandırıldı. Hərbi hava qüvvələrini yeniləmək və pilot yetişdirmək üçün Fransadan hava kapitanı Marki De Quuis De Mezeyrac müqavilə ilə Yeşilköy Təyyarə Məktəbinə gətirildi. Beləliklə, bu məktəbdə dərs deyən ilk müəllim fransız pilot Marki De Quuis De Mezeyrac olmuşdur.Məktəb ayrıca şöbələrdən, müdirlikdən, zabit, mexanik və növbətçi idarələrdən ibarət idi.
Təyyarə məzarlığı
Təyyarə məzarlığı ABŞ-də Arizona səhrasının ortasında, 1050 hektarlıq ərazini əhatə edən bir məzarlıqdır. Bura ABŞ Hava Qüvvələrinin əvvəllər istifadə etdiyi təyyarələri saxladığı və "Sümük Anbarı" adlandırdığı təyyarə məzarlığıdır. Bu məzarlıqda istifadəyə yararlı olabiləcək on minlərlə ehtiyat hissəsinin olduğu düşünülür. Təxmini hesablamalara görə bu məzarlığın ümumi dəyəri 35 milyard dollardır.Əhatə etdiyi ərazi isə 1300 stadioni ərazisinin cəminə bərabərdir.Bu böyük ərazidə 4800 təyyarə və 350 mindən artıq ehtiyat hissə var. Rəsmi adı 309 AMARG olan fabrikdə 2005-ci ildə 19 mindən artıq hissə istifadəyə yararlı vəziyyətə gətirilmiş və beləliklə də 568 milyon dollar qənaət edilmişdir. Bu nəhəng anbarın müştərisi əlbəttə ki, təkcə ABŞ deyil.ABŞ bu anbardan bəzi ölkələrə ehtiyat hissələri,hətta təyyarələr satıb. Belə bir anbar üçün bu cür ərazinin seçilməsi də təsadüfi deyil. Çünki bu əraziyə yağış az yağır, rütubət isə demək olar ki yoxdur və bu da polad və metal hissələrin daha uzunömürlü olmasına şərait yaradır.
C-reaktiv zülal
C-reaktiv zülal (ing. C-reactive protein, CRP) - qan plazması zülalı olub, iltihab nəticəsində miqdarının qanda kəskin artaması müşahidə olunur. Orqanizmdə iltihabi prossesin olub olmamasını C-reaktiv zülalın miqdarına müvafiq təyin etmək mümkündür. CRP geni I xromosomun 1q21-q23 nahiyəsində yerləşir.Zülal malekulu zənciri 224 amminturşusu qalığından ibarətdir. Monomerinin malekulyar kütləsi 25,106 кDа. Zülal böyük olmayan pentraksinlər (ing. pentraxin) ailəsinə aiddir.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
Sabit qanadlı təyyarə
Sabit qanadlı hava nəqliyyatı, qanadlarının quruluşu və irəliyə doğru hərəkətinin nəticəsində formalaşmış hava sürətinin yaratdığı daşıma ilə uçan hava nəqliyyatı vasitəsi. Bu baxımdan fırlanan qanadlı hava nəqliyyatından ayrılırlar.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olmasıTaktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. == Terminin istifadə olunması dairəsi == Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
Superqa təyyarə qəzası
Superqa təyyarə qəzası — 4 may 1949-cu ildə Lissabon-dan İtaliyaya uçan «FIAT G-121CP» təyyarəsi Superqa yaxınlıgında qəzaya ugradı, sərnişinlərin hamısı həlak oldu. Bu təyyarə Benfika klubuyla oyundan geri qayıdırdı! Bu qəzada Torino klublarının butun uzvləri həlak oldu. == Hadisə == == İstinadlar == == Ədəbiyyat == Roberto Thoeni, L'ultimo urlo per il grande Torino, Abaco Editori Dino Buzzati, in La nera di Dino Buzzati, Oscar Mondadori Vincenzo Baggioli (a cura), Il Torino.
Təyyarə uçurtma sistemi
Təyyarə Şəhidləri abidəsi
Təyyarə Şəhidləri abidəsi (türk. Hava Şehitleri Anıtı — Türkiyənin İstanbul şəhərinin Fateh bölgəsində yerləşir, Osmanlı Hava Qüvvələrinin uçuş qəzalarında şəhid olan ilk əsgərlərinə həsr olunmuş xatirə abidəsidir. Türkiyədə, "şəhid" ifadəsi müharibə əsnasında şəhid olan insanlar üçün böyük şərəfdir. Abidə, Fələstində ardıcıl iki monoplanın düşməsindən, 1914-cü ilin əvvəlində İstanbuldan İskəndəriyyəyə ekspedisiya uçuşunda olan dörd hərbi aviatordan üçünün həlak olmasından dərhal sonra ucaldılmağa başlamışdır. Sütun şəklində olan abidənin açılışı 1916-cı ildə baş tutmuşdur. Hər il Şəhidlər Günündə abidənin önündə hərbi anım mərasimi keçirilir. == Tarixi == Balkan müharibələrindən sonra Osmanlı imperiyası hökuməti, imperatorluğun sərhədlərində güclü ekspedisiya işinə başladı. İstanbuldan Misirin Qahirə və İsgəndəriyyə şəhərlərinə dörd hava qüvvəsi monoplanının uçuşu təxminən 2500 km (1600 mil) məsafəni qət edəcəkdi. Təyyarələr 8 fevralda San Stefanodakı (müasir Yeşilköy, hazırda Atatürk Beynəlxalq Hava Limanı ərazisi) Aviasiya Məktəbindən İstanbula uçuşa başladı. on February 8 manned by two aviators each.Birinci komandanın təyyarəsi, Blériot XI, 27 fevralda Dəməşqdən Qüdsə Təbəriyyə gölü yaxınlığındakı Əl-Səmra tərəfindən uçan istiqamətdə qəzaya uğradı; pilot dəniz donanması leytenantı (osm.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
İlya Muromets (təyyarə)
İlya Muromets — Birinci dünya müharibəsi illərinə aid dördmühərrikli döyüş təyyarəsidir. İlya Muromets təyyarəsində dörd nəfər döyüşçü olurdu. Bu təyyarə o zaman üçün dünyada ilk dördmühərrikli ağır bombardmançı təyyarə idi. 1913-cü ilin sonunda Riqanın "Rus-Baltik" zavodunda istehsal olunmuşdu. 1914-cü ildə təyyarə bir dəfə yerə enməklə min kilometr məsafəni 14 saat 38 dəqiqəyə qət etmişdi. Bu da o vaxt üçün dünya rekordu sayılırdı. == Döyüş yolu == "İlya Muromets" təyyarələrindən Birinci dünya müharibəsində və vətəndaş müharibəsində düşmənə arxadan zərbə vurmaq üçün istifadə olunmuşdur. Məhz bu təyyarədə avqustun 26-da məşhur pilot-kapitan Pyotr Nesterov tarana getmiş və qəhrəmanlıqla həlak olmuşdur. 1916-cı ilin sentyabrın 12-də isə azərbaycanlı Fərrux ağa Qayıbovun iştirak etdiyi təyyarə aviasiya tarixinə daha bir səhifə yazdı. Həmin gün Qərb cəbhəsi orduları baş komandanının qərargah rəisinin əmri ilə, Baş Qərargahın podpolkovniki Brantın komandası altında, "İlya Muromets" tipli iki hava gəmisi və on üç kiçik aparatdan ibarət hava eskadrilyası ilə düşmən arxasına basqın edilmişdir.
заду́вка магна́тский назнача́ться осети́нка разврати́тель аннули́рованный катехиза́ция крючо́к можжеве́льник набавля́ться сахала́р тру́бочкой четвероку́рсник таевка airbrick asking price dope nomothetical rote shrive stepped unchurched механизм невероятность фуфайка